"Liverpul" klubunun baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı çalışdırıcısı seçilib.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, 46 yaşlı niderlandlı mütəxəssis bu mövsüm "Liverpul"la çıxdığı 22 oyunun 19-dan qələbə ilə ayrılıb, iki oyunda heç-heçə ilə barışıb.
Qeyd edək ki, Arne Slotun komandası noyabr ayı ərzində meydana çıxdığı 8 oyunda 7 qələbə qazanıb, bir dəfə heç-heçə edib.
Xatırladaq ki, Arne Slot bu mövsümün əvvəlində "Feyenoord"dan "Liverpul"a keçib.