AZ

Neymar iki dəfə ucuzlaşdı, Ronaldo isə…

“Transfermarkt” Səudiyyə Ərəbistanı çempionatının oyunçularının bazar dəyərini yeniləyib.

Publika.az xəbər verir ki, ən çox “Əl-Əhli”nin hücumçusu İvan Tauni ucuzlaşıb. Onun dəyəri 50 milyon avrodan 28 milyon avroya düşüb. “Əl-İttihad”ın yarımmüdafiəçisi Mussa Diabi 20 milyon itirib (55 milyon idi).

“Əl-Hilal”ın forvardı Neymar qiyməti yarıya qədər – 30 milyondan 15 milyona enərək ən çox ucuzlaşan oyunçuların üçlüyünü bağlayıb.

Kurt Zuma (Əl-Oruba) 25 milyondan 12 milyona, Sergey Milinkoviç-Saviç (Əl-Hilal) 30 milyondan 20 milyona, Fabinyo (Əl-İttihad) və Joao Kanselo (Əl-Hilal) 25 milyondan 18 milyona, Sadio Mane (“Əl-Nasr”) – 15 milyondan 9 milyona qədər ucuzlaşıb.

Seçilən
5
50
publika.az

10Mənbələr