AZ

Almaniyada naməlum dron həyəcanı: ABŞ bazası və strateji obyektlər hədəfdə

Almaniyadakı hərbi obyektlərin üzərində uçan naməlum pilotsuz aparatlar müşahidə edilib.

Musavat.com Almaniyanın “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik orqanları bundan narahatdır: "Dronlar ABŞ hərbi bazası, Rheinmetall müdafiə konserni və BASF kimya şirkəti üzərində bir neçə dəfə müşahidə edilib".

Nəşrin yazdığına görə, belə görünür ki, Almaniya Müdafiə Nazirliyinin PUA-ların bir sıra hərbi obyektlər üzərində uçuşunu əngəlləmək imkanları yoxdur və bu, ciddi narahatlıq doğurur.

Qeyd olunur ki, pilotsuz təyyarələr dekabrın 3-ü və 4-ü axşam saatlarında Amerikanın Ramşteyn bazası üzərində müşahidə edilib. Naməlum pilotsuz təyyarələrin peyda olması Amerika ordusunun mətbuat xidməti tərəfindən təsdiqlənib, lakin onlar əmin ediblər ki, onların obyektin fəaliyyətinə heç bir təsiri olmayıb.

Xatırladaq ki, avqust ayında Almaniyanın Flensburq prokurorluğu Almaniyanın şimalında kritik infrastruktur obyektləri üzərində naməlum dronların uçuşu ilə bağlı araşdırma apardığını açıqlamışdı.

Bild-in məlumatına görə, yoxlama avqustun 8-də istismardan çıxarılan atom elektrik stansiyası, LNG terminalı və kimya zavodu yaxınlığında naməlum PUA-ların aşkarlanmasından sonra başlayıb.


Musavat.com

phrase_var_article.chosen
38
musavat.com

1phrase_var_article.sources