AZ

Yaşar Gülər: Türkiyənin ən böyük arzusu Bakı və İrəvan arasında sülh sazişininin əldə olunmasıdır

Türkiyənin ən böyük arzusu, Cənubi Qafqaz bölgəsində daimi sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişininin əldə olunmasıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər parlamentdə çıxışı zamanı bildirib.

“Bir millət, iki dövlət” anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz əziz Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olduq və bundan sonra da belə olacaq", - nazir söyləyib.

O, Türkiyə ordusunu “dost və qardaş ölkələrin gözlədiyi və etimad göstərdiyi güc faktoru” adlandırıb.

Suriyadakı son hadisələrə də toxunan nazir terrorçuların qonşu ölkədəki qeyri-sabit vəziyyətdən faydalanmasına imkan verilməyəcəyini vurğulayıb.

Seçilən
9
18
musavat.com

10Mənbələr