AZ

İsrail Suriyanın bu şəhərlərini hədəf aldı

İsrail Suriyanın Bəşər Əsəd rejiminin devrildiyi bir çox şəhərə hava zərbələri endirib.

Turkustan.az xəbər verir ki, Təl-Əviv rəhbərliyi Əsəd rejiminin devrildiyi Suriyada müxtəlif yerlərə hücumlarını davam etdirir.

İsrail paytaxt Dəməşqin strateji bölgəsi olan Kasyun dağı ətrafında, devrilmiş lider Əsədin qardaşı Mahir Əsədin daha əvvəl komandanlıq etdiyi 4-cü diviziyanın qərargahına hava hücumu həyata keçirib.

AA xəbərinə görə; İsrail Həmanın cənub-qərbindəki Misyaf rayonundakı "Elmi Araşdırma Mərkəzi"ni də hədəf alıb. Suveydanın şimalında yerləşən Halhala Hərbi Hava Limanı da İsrailin hücumlarının hədəfi olub.

Noyabrın 27-də Suriyada Baas rejimi və Əsəd hökumətinin dağılması ilə şiddətlənən qarşıdurmalardan sonra İsrail Suriyadakı hərbi obyektləri məhv etmək üçün yüzlərlə hava hücumu həyata keçirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
39
50
turkustan.az

10Mənbələr