AZ

Qar və şaxtalı hava Bakı-Şamaxı yolunda hərəkəti iflic etdi: Sürücülər saatlarla yolda qaldılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gecə saatlarından respublika ərazisində havanın kəskin dəyişməsi bir çox avtomobillərin yollarda qalmasına səbəb olub.
Oxu.Az-a verilən məlumata görə, Bakı-Şamaxı yolunun Qobustan rayonundan Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində vəziyyət daha ağır olub.
Belə ki, gecə saatlarında başlayan güclü qar və şaxta nəticəsində yol buz bağlayıb. Bu səbəbdən 100-ə yaxın nəqliyyat vasitəsi saatlarla yolda qalıb. Bəzi avtomobillər isə sürüşərək yoldan çıxıb. Sürücülər çətin anlar yaşayıb, bəziləri isə gecəni öz avtomobillərində keçirməli olublar.
Hazırda da həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaşandığı bildirilir.
Əzizə İsmayılova
Seçilən
17
50
oxu.az

10Mənbələr