AZ

Canavarlar heyvanları yedi doymadı, indi də insanları yeyir...

Sovet dönəmində  canavarlar çox olanda, tövləyə girib, heyvanları parcalıyanda  və bir neçə qoyun- quzunu götürüb aparanda  insanlara icazə verirdilər ki, canavarları güllələsinlər.

Hətta öldürülmüş bir canavarın dərisinə  görə, ovçulara hər bir dəri üçün əlli manat pul verilirdi.   Amma indi, canavara güllə  atmaq olmaz. Canavarlar gəlib tövləyə girir, yediyini yeyir, apardığını aparır, ancaq onu vurmaq, güllələmək qadağandır. Havalar soyuyanda  isə canavarla ac olduğy görə sürü halında kəndlərə, heyvanlara hücum edir. Yenə onların qurbanları o yazıq heyvanlar olur.Bundan ziyan görən əliqabarlı,min bir əziyyətlə mal- qoyun saxlayan insanlar olur. Kənd adamları ümidlərini mal- qaraya bağlayırlar, bunu da canavarlar gəlib əllərindən alır.

Artıq canavarlar heyvanlarla kifayətlənməyib, insanları yemək istəyir. Bir neçə gün bundan əvvəl Şəkidə canavar uşağını məktəbə aparan adama hücum edib. Onun qocalığı nəticəsində uşaga bir şey olmayıb, amma canavar kişini bir neçə yerdən yaralayıb. İkinci hadisə yenə Şəkidə baş  verib və yenə canavar başqa bir insana hücum edib və ona da xasərət yetirib. Hər iki insan xəstəxanaya yerləşdirilib və onlara quduzluq əleyhinə  zərdab vurulub.

Biz deyəsən, canavarların nazı ilə çox oynayırıq, ha! Nə gözləyirik?! Bəlkə onu gözləyirik ki, canavarlar bir neçə adamı yesin ondan sonra hərəkətə gələk?!Havalar get- gedə daha da soyuyur, hələ belə hücumlar  çox olacaq. Nə vaxta qədər ki, insan ölümü olmayıb,   əlaqədar qurumlar  ciddi addımlar atmalıdır. Düzdür, canavarlar qiymətlidir, amma insan həyatı onlardan qat- qat dəyərlidir. Əlaqədar qurumlar bunu heç vaxt yaddan çıxarmamalıdır!!!

Emil Faiqoğlu  

Seçilən
30
adalet.az

1Mənbələr