AZ

Dağlıq rayonlarda güclü şaxta var

Dağlıq

Azərbaycan ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Reyting.az
xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 12:00-a olan məlumatına görə, səhər saatlarında müşahidə olunan güclü şimal-qərb küləyi bəzi ərazilərdə tədricən zəifləyib. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/s, Naftalan və Mingəçevirdə 26 m/s, Gəncədə 20 m/s, Daşkəsən, Ağdam, Şəmkirdə 18 m/s-dir.

Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada sulu qar, qar yağır, bəzi yerlərdə intensiv xarakterlidir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 6°-dək şaxta, Qarabağ və Şərqi-Zəngəzurda 2°-dək şaxta, dağlıq rayonlarda 9-14° şaxta, Aran rayonlarında 5°-dək isti təşkil edir.
Seçilən
13
13
reyting.az

10Mənbələr