AZ

Cənubi Koreyada prezidentin səlahiyyətlərini icra edəcək şəxsin adı məlum olub

Cənubi Koreyada prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Baş nazir Han Dok Su icra edəcək.

Sitat.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Yun Sok Yolun impiçmenti barədə qərar veriləndən sonra Baş nazir Han Dok Su Nazirlər Kabinetinin iclasını keçirib.

"Dövlətin sabit idarə olunması üçün bütün səy və gücümü sərf edəcəyəm", - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, ölkədə dekabrın 3-dən hərbi vəziyyətin elan edilməsi ilə bağlı ictimai-siyasi gərginlik yaranıb.

Cənubi Koreya lideri xalqa müraciətində bu qərarı Şimali Koreyadan yönələ biləcək təhlükənin qarşısının alınması məqsədilə əsaslandırıb. Qərar ölkədə siyasi kataklizmə səbəb olub.

Seçilən
15
sitat.info

1Mənbələr