AZ

Valideynlər gec yatır, uşaqlar da onlara baxır - Pediatrdan ETİRAZ

Erkən yaşlı uşaqların yuxu problemləri valideynlərin pediatra və uşaq nevroloquna müraciət etməsinin ən çox yayılmış səbəblərindən biridir. Həqiqətən uşağın yaxşı yuxusu onun sağlamlığına dəlalət edir.

Mövzu ilə bağlı Modern.az-a danışan pediatr Qoşqar İsmayılov bildirib ki, burada səbəblər çox ola bilər:

“Uşaqların yuxusuzluq problemi yaşamasına səbəb hormon pozulması, eləcə də qidalarla bağlı ola bilər. Stress və yuxu rejiminə əməl edilməməsi də yuxusuzluğa gətirən səbəblər arasındadır. Məsələn, uşaq gecə saat 12-də yemək yeyir və yata bilmir. Yaxud da melatonin hormonu çatışmadıqda da bu hal yaşana bilər. Müəyyən xroniki xəstəliklər də yuxu pozulmasına səbəb ola bilir. Məsələn, astmalı uşaqlarda gecələr boğulma şəklində oyandıqları üçün stress yaranır və yata bilmirlər”.

Pediatrın sözlərinə görə, ən əsas səbəblərdən biri yuxu rejiminin düzgün olmaması ilə bağlıdır:

“Valideynlər gec yatır, uşaqlar da onlara baxıb gec yatır. Yaxud da yatmazdan əvvəl planşe, smartfonlardan istifadə edirlər. Bu da onların melatonin sintezinin azalmasına gətirib çıxara bilir. Həddən artıq informasiyanın olması uşaqlarda gərginliyin artmasına və yuxusuzluğun artmasına gətirib çıxarır”.

 

Seçilən
33
40
modern.az

10Mənbələr