AZ

“OpenAI”ın icraçı direktoru Trampın inauqurasiya fonduna 1 milyon dollar ianə edəcək

“OpenAI”ın icraçı direktoru Sem Altman ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya fonduna şəxsi vəsaitindən 1 milyon dollar ianə edəcək.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.

Nəşr qeyd edir ki, bu, iri texnologiya korporasiyası və Silikon Vadisinin Trampa dəstək əlaməti olaraq atdığı daha bir addımdır.

Daha əvvəl “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” şirkəti, eləcə də “Amazon” və “Perplexity” axtarış sistemi 1 milyon dollar ianə etdiyini elan edib.

Texnologiya şirkətləri Trampın gələn ilin yanvarında vəzifəsinin icrasına başlamasına qədər onunla münasibətləri yaxşılaşdırmağa çalışır. Siyasətçi 2016-cı ildə seçkilərdə qalib gələn zaman investorlar və IT-sahibkarlarla münasibətləri gərgin idi.

Qəzetin yazdığına görə, bu dəfə Tramp texnologiya icması ilə daha sıx əlaqələr quraraq Silikon Vadisinin dörd investorunun aparıcılıq etdiyi “All-In" və Co Roqan şouları kimi məşhur podkastlarda iştirak edib. O, həmçinin sahibkarları, o cümlədən biznesmen İlon Maskı administrasiyada müxtəlif vəzifələrə təyin edib.

Seçilən
24
50
far.az

10Mənbələr