Prezident Rəcəb Tayyib Ərdoğan Suriya şəhərlərinin Türkiyəyə birləşdirilməsindən danışmayıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Ankaradakı diplomatik mənbələr məlumat verib.
Mənbə Türkiyə liderinin ancaq bu bölgələrlə qardaşlıq münasibətləri məsələsini gündəmə gətirdiyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl xəbər verilmişdi ki, Ərdoğan Sakaryada partiyasının üzvləri qarşısında keçirdiyi toplantıda Suriyanın beş şəhəri, o cümlədən ən böyüyü Hələb və Dəməşqin Türkiyənin əyalətlərinə çevriləcəyini bildirib.
Qeyd edək ki, dekabrın 13-də Ərdoğan deyib ki, Ankara müvəqqəti Suriya hökumətindən “doğru addımlar” atacağını və qonşu ölkələr üçün təhlükəyə çevrilməməsini gözləyir.