AZ

"Google" Türkiyədə cərimələndi: 75 milyonluq qərar

Türkiyənin Rəqabət Şurası "Google" şirkətini ölkədə reklam bazarındakı qaydaları pozduğu üçün 75 milyon dollar məbləğində cərimələyib.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, tənzimləyici qurum "Google"u reklam bazarındakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edib. Bildirilir ki, "Google" öz xidmətini istifadəçilərə təklif edərkən, SSP reklam platformalarının axtarış nəticələrini təhrif edərək rəqiblərinin işinə mane olub.

Rəqabət Şurasının qərarına əsasən, "Google" altı ay ərzində rəqiblərinin əlverişsiz vəziyyətdə olmamasını təmin etmək üçün tədbirlər görməlidir.

\\milli.az

phrase_var_article.chosen
34
9
news24.az

10phrase_var_article.sources