AZ

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.

Gürcüstanda növbəti prezident seçildi – YENİ QALMAQAL BAŞLAYIR

FED.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını bildirib.

“Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.

Qeyd edək ki, Mixail Kavelaşvilinin prezident seçilməsi ilə Gürcüstanda daha bir siyasi qalmaqal başlayıb. Məsələ bundadır ki, Gürcüstanın hazırkı prezidenti xanım Salome Zurabişvilinin səahiyyət müddəti dekabrın 29-da bitir. O bu vəzifəni 2018-ci ildən tutur, amma xanım Zurabişvili yeni prezident seçkilərini qəbul etməyib, seçkilərin legitim olmadığını bildirib və elan edib ki, səlahiyyət müddəti başa çatmayanadək postunu təhvil verməyəcək.

Seçilən
23
49
fed.az

10Mənbələr