AZ

"Azərbaycan millisi ilə bağlı bütün fikirlərim neqativdir"

Azərbaycan milli komandasının veteran futbolçusu Əfran İsmayılov Sportinfo.az-a açıqlama verib.

O, DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib:

"Qrupda çətin rəqiblər var. Açığı, gözləntim çox pisdir. Təki mən yanılım, millimiz uğurlu nəticələr göstərsin. Amma düşüncələrim çox neqativdir. Heç inanmıram ki, 1-2 xal yığmaq mümkün olsun. Həqiqətən, çox çətin olacaq.

Qarşıda müəyyən zaman var. Necə hazırlaşacaqlarını bilmirəm. Amma 1 ay əvvəlki milli komandaya baxası olsaq, bütün fikirlərim neqativdir. Bu heyət, bu motivasiya və bu baş məşqçi ilə nəsə böyük dəyişiklik olacağına inanmıram".

Qeyd edək ki, millimizin D qrupundakı rəqibləri UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya yığmalarıdır. Bu qrupda mübarizə 2025-ci ilin sentyabrında başlayacaq.

XANOĞLAN

Seçilən
46
sportinfo.az

1Mənbələr