AZ

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə etdi

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq ISO 9001:2015Keyfiyyəti İdarəetmə Sistemi Standartına uyğunluğunu təsdiq edənbeynəlxalq sertifikat əldə edib.

Trend xəbərverir ki, sertifikat 26-29 noyabr 2024-cü il tarixlərində ADY-ninfəaliyyətinin ISO 9001 standartının tələblərinə uyğunluğunuqiymətləndirmək üçün aparılmış auditin nəticələri əsasında “TÜVAustria GMBH” sertifikatlaşdırma təşkilatı tərəfindən təqdimedilib.

ISO standartları dünyada ən geniş yayılmış önəmli standartlardanbiridir. ADY ISO 9001 sertifikatını almaqla qlobal səviyyədə yük vəsərnişin daşımaları xidmətlərini təkmilləşdirmək istiqamətindəçalışdığını bir daha təsdiq edir.

ISO 9001 sertifikatı Azərbaycan Dəmir Yollarınınrəqabətqabiliyyətini daha da artıraraq müştəriləri və tərəfdaşlarıilə daha sıx əlaqələr qurmasını təmin edir. Eyni zamanda, şirkətinstrateji inkişafını daha da möhkəmləndirir, xidmət və məhsulkeyfiyyətini yüksəltməklə müştəri məmnuniyyətini artırır.

ISO 9001 standartının tələbləri əsasında daxili proseslərin dahada optimallaşdırılması və səmərəliliyin artırılması nəticəsindədaha effektiv müştəri yönümlü həllər təklif ediləcək. Müştəriməmnuniyyətini daha yüksək səviyyədə təmin edən şirkət üçün yenibiznes imkanları yaranacaq.

ISO 9001 sertifikatı ADY-nin keyfiyyətli xidmət öhdəliyini vəmüasir idarəetmə yanaşmalarını tətbiq etməsini daha geniş nümayişetdirəcək, xidmətlərdə çeviklik və dəqiqlik səviyyələriyüksələcək.

ADY gələcəkdə də müştəri məmnuniyyətini artırmaq, əməyintəhlükəsizliyini təmin etmək üçün digər müvafiq sertifikatlarınəldə edilməsi üzərində iş aparır.

Seçilən
7
9
az.trend.az

10Mənbələr