AZ

Rüstəm Nəcəfov: “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışlara ev sahibliyi edəcək"

2025-ci ildə “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışlara ev sahibliyi edəcək.

“Report” xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

O, qış mövsümünə hazırlıq çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin uğurla tamamlandığını və müasir standartlara uyğun modernləşdirmə işlərinin aparıldığını vurğulayıb: “Kompleksin ərazisində yerləşən hotellər, kanat xətləri və müxtəlif qış əyləncələri tam hazır vəziyyətə gətirilib. Qonaqlara təqdim olunan atraksionların keyfiyyəti artırılıb, turistlərin istirahəti üçün ən yüksək xidmət standartları təmin olunub”.

Mərkəz sədri, həmçinin beynəlxalq bazarlarda aparılan uğurlu təşviqat kampaniyaları nəticəsində kompleksə səfər edənlərin sayında əhəmiyyətli artımın müşahidə olunduğunu qeyd edib.

Sədr diqqətə çatdırıb ki, son illərdə beynəlxalq bazarlarda həyata keçirilən genişmiqyaslı təşviqat kampaniyaları nəticəsində “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb, eyni zamanda, turistlərin coğrafiyası da genişlənib”.

R.Nəcəfov gələcəkdə daha çox beynəlxalq tədbirin həyata keçirilməsini, turizm sahəsində yeni layihələrin icrasını və kompleksin qlobal səviyyədə tanıdılmasını əsas prioritetlərdən biri kimi göstərib.

Qeyd edək ki, bu ilin dekabrın 14-dək “Şahdağ” Turizm Mərkəzində hotellərdə gecələyənlərin ümumi sayı 101 min 939 nəfər, mərkəzin xizəkçi və piyada xidmətlərindən istifadə edən qonaqların sayı isə 266 min 579 nəfər təşkil edib.

Seçilən
11
2
far.az

3Mənbələr