AZ

Türkiyə regionun əsas ölkəsinə çevrilibƏrdoğan

Türkiyə regionun əsas ölkəsinə – böhranlar və ziddiyyətlər zolağı ilə əhatə olunmuş “sabitlik adasına” çevrilib.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Ərzurum vilayətindəki nümayəndəliyinin şənbə günü keçirilən qurultayında bildirib.

Onun sözlərinə görə, ənənələri 2200 il əvvələ gedib çıxan Türkiyənin balanslı və ədalətli siyasəti rəsmi Ankaraya regiondakı prosesləri uğurla idarə etməyə imkan verir.

Ərdoğan Suriyadakı vəziyyətə diqqət çəkərək, qonşu ölkədə baş verən son hadisələrin Türkiyə hakimiyyətinin kursunun düzgünlüyünü təsdiq etdiyini vurğulayıb.

“Bizim Suriya xalqına münasibətimiz qardaş və qonşulara xas olan münasibətlərə uyğundur”, – deyən Türkiyə Prezidenti Suriyada hakimiyyət dəyişikliyini “xalq inqilabı” adlandırıb.

Prezident Türkiyənin Dəməşqdəki səfirliyinin bu gündən etibarən yenidən açılmasına diqqət çəkərək, Ankaranın “13 ildən sonra yenidən gələcəyə ümidlə baxan” Suriya xalqına dəstəyini davam etdirəcəyinə əminliyini bildirib.

Seçilən
15
2
azpost.info

9Mənbələr