Suriya Müdafiə Nazirliyi bütün silahlı qrupları ləğv edəcək.
Publika.az xəbər verir ki, bunu Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) bildirib.
"Müdafiə Nazirliyi bütün Suriya silahlı qruplarını ləğv edəcək", - o deyib
Onun sözlərinə görə, ölkədə Suriya dövlətinin nəzarəti altında olmayan heç bir silah olmayacaq.