1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sovet və Rusiya xizəkçisi, dördqat Olimpiya, 7 qat dünya çempionu Raisa Smetanina insult keçirib və reanimasiyadadır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Komi Respublikasının (Rusiya) Xizək Yarışları Federasiyasının rəhbəri Konstantin Sobyanin məlumat verib.
"O, təxminən bir həftə əvvəl insult keçirib, indi o, xəstəxanada reanimasiyadadır. Başqa məlumatım yoxdur, həkimlər heç nə demirlər", - deyə Sobyanin bildirib.
Qeyd edək ki, Smetaninanın 72 yaşı var.