Suriyanın yeni keçid hökuməti bir sıra dövlətlərlə birgə müdafiə sazişləri bağlamağa çalışır.
APA xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraa Qətərin “Al Araby” telekanalına müsahibəsi zamanı məlumat verib.
“Biz bir sıra dövlətlərlə birgə müdafiə haqqında sazişlər bağlamağa və strateji hərbi əlaqələr qurmağa çalışırıq”, - deyə o bildirib.