AZ

Azərbaycan filmi Zakura festivalında xüsusi mükafata layiq görülüb

Rabat, 15 dekabr, AZƏRTAC

Mərakeşin Zakura şəhərində keçirilən 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı yekunlaşıb. Festival çərçivəsində təşkil olunan müsabiqələr üzrə qaliblər elan olunub.

AZƏRTAC xəbər verir ki, qazaxıstanlı rejissor Dinyar Salamatın “Talaq” filmi tammetrajlı film kateqoriyasında qalib elan olunub. Azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi isə eyni kateqoriyada xüsusi mükafata layiq görülüb. Bundan başqa, Qurban İsmayılov bu filmdəki roluna görə ən yaxşı aktyor nominasiyasında mükafat alıb.

Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Film, Tallin “Black Nights” film festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və mükafatlara layiq görülüb.

Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.

Festivalın fəxri qonağı Rusiya olub.

Seçilən
67
3
azertag.az

4Mənbələr