“Cari ilin 11 ayı ərzində ölkəmizə 2 milyon 400 mindən çox turist gəlib. Bu da ötən illə müqayisədə 28 faiz artım deməkdir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov bildirib.
O qeyd edib ki, Azərbaycana gələn turistlər arasında ilk 3 yeri Çin, Hindistan və Rusiya ölkələrindən gələn qonaqlar təşkil edir.
Onun sözlərinə görə, əsas hədəflərdən biri ölkəmizi dünyada turizm məkanı kimi tanıtmaq və gecələmə yerlərinin saylarının artımına yönəlib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta