AZ

On bir ay ərzində ölkəmizə 2 milyon 400 mindən çox turist gəlib

“Cari ilin 11 ayı ərzində ölkəmizə 2 milyon 400 mindən çox turist gəlib. Bu da ötən illə müqayisədə 28 faiz artım deməkdir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov bildirib.

O qeyd edib ki, Azərbaycana gələn turistlər arasında ilk 3 yeri Çin, Hindistan və Rusiya ölkələrindən gələn qonaqlar təşkil edir.

Onun sözlərinə görə, əsas hədəflərdən biri ölkəmizi dünyada turizm məkanı kimi tanıtmaq və gecələmə yerlərinin saylarının artımına yönəlib.

Bizim.Media

Seçilən
38
10
bizim.media

10Mənbələr