AZ

Baş Qərargah rəisi: İsrail ordusu Suriyadakı addımları ilə ölkənin təhlükəsizliyini təmin edir

İsrail ordusunun Suriyadakı bütün addımları yalnız İsrailin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

APA xəbər verir ki, bunu Colan təpələrindəki vəziyyəti qiymətləndirmək üçün yüksək rütbəli hərbçilərlə görüşü zamanı İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.

Onun sözlərinə görə, İsrail Suriya daxilində baş verənlərə qarışmır, lakin o, Colan təpələrində yaşayan İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində açıq şəkildə iştirak edir.

"Biz Colan təpələrini, Colanın şimalını və Hermon dağını qorumaq üçün buradayıq. Suriya bir vaxtlar düşmən dövlət olub, ordusu dağılıb və terror ünsürlərinin bizim sərhədimizə yaxın yerləşməyə çalışacağı ilə bağlı real təhlükə var. Biz fəaliyyət göstəririk. Bizə yaxın ekstremist qrupların toplanmasının qarşısını qətiyyətlə alırıq”, - deyə Halevi bildirib.

Halevinin açıqlaması Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraanın bəyanatından sonra gəlib. Onun sözlərinə görə, İsrailin Suriyadakı mövcudluğu üçün artıq heç bir əsas yoxdur.

Seçilən
73
2
apa.az

3Mənbələr