AZ

Arda Güler “Real”ın tarixinə düşdü

style='margin-bottom:10px;'>

Türkiyə millisinin “Real”da oynayan futbolçusu Arda Güler dünən “Rayo Valyekano”ya qarşı La Liqanın 17-ci turunun matçında əsas heyətdə meydana çıxıb

QOL.az xəbər verir ki, o, 2 qolun ötürməsini verib. “Opta Sport”un məlumatına görə, gənc yarımmüdafiəçi bu göstərici ilə “Real”ın tarixinə düşüb. 

Mənbənin məlumatına görə, Güler 21-ci əsrdə La Liqada bir matçda iki məhsuldar ötürmə verən “Real”ın ən gənc futbolçusu olub. Buna türk hücumameyilli yarımmüdafiəçi 19 yaş 293 günlüyündə imza atıb.

Güler ​​bu mövsüm klubda bütün turnirlərdə 19 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
25
4
teleqraf.com

10Mənbələr