"Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Gülər İspaniya çempionatında "Rayo Valyekano" ilə matçda iki məhsuldar ötürmə edib.
Fanat.Az xəbər verir ki, 19 yaşlı türk futbolçunun səyləri “Kral klubu”nun qələbə qazanmasına kömək etməsə də, o, 3:3 hesablı heç-heçə ilə başa çatan görüşdə rekord müəllifi olub.
"Opta"-nın məlumatına görə, Arda "Real Madrid"in 21-ci əsrdə belə göstəriciyə imza atan ən gənc oyunçusu olub. Matçın keçirildiyi vaxt yarımmüdafiəçi 19 yaş 293 günlük olub.
Xatırladaq ki, bu mövsüm Arda Gülər “Kral klubu”nun heyətində İspaniya çempionatında 13 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc türk 2023-cü ildən "Real Madrid"də çıxış edir.
Mirağa