Qara dənizdə fırtına səbəbindən göyərtəsində 29 ekipaj üzvü olan iki tanker qəzaya uğrayıb və neft sızması qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Rosmorrechflot” məlumat yayıb.
Məlumata görə, Qara dənizdə fırtına nəticəsində “Volqoneft-212” və “Volqoneft-239” adlı iki tanker qəzaya uğrayıb. Gəmilərin göyərtəsində 15 və 14 nəfərdən ibarət komandalar var. Qəza nəticəsində neft sızması baş verib.
Qeyd olunur ki, xilasetmə əməliyyatı təşkil olunub, iki yedək gəmisi və iki helikopter tankerlərə göndərilib, təxliyyə işləri aparılır.