AZ

Erməniəsilli Ukrayna vətəndaşı Dneprdə terror aktı törədib

Ukrayna Təhlükəsizlik Xidməti Milli Polislə birlikdə Dneprdə terror aktı törədən şəxsi saxlayıb. Onun erməniəsilli Dnepropetrovsk vilayətinin sakini olduğu üzə çıxıb.

Bu barədə “RBC-Ukrayna” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, şübhəli şəxs Ruben Voskanyandır. Dneprdə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin binası yaxınlığında əldəqayırma partlayıcıları işə salanın məhz o olduğu güman edilir.

Partlayış nəticəsində bir nəfər ölüb, iki polis də daxil olmaqla, yaralananlar var.

phrase_var_article.chosen
38
12
korrespondent.az

10phrase_var_article.sources