AZ

Çində taxıl istehsalı 1,6 faiz artıb

Çində taxıl istehsalı ötən illə müqayisədə 1,6 faiz artaraq 706,5 milyon tona çatıb. Bu, dünyanın ən iri taxıl istehsalçısı olan Çində illik taxıl istehsalının ilk dəfə 700 milyon tonu keçməsi ilə nəticələnib.

“İki sahil” xəbər verir ki, Çinin Milli Statistika Bürosu istehsal artımında əkin sahələrinin genişləndirilməsinin mühüm rol oynadığını açıqlayıb. İl ərzində taxıl əkin sahələri 0,3 faiz artaraq ümumilikdə 119 milyon hektara çatıb. Həmçinin, ərazi vahidinə düşən taxıl istehsalı 1,3 faiz artıb.

Çində son 9 ildir ki, taxıl istehsalı 650 milyon tondan çox olur. Bu dövrdə ölkənin müxtəlif bölgələrində şiddətli yağışlar, daşqınlar və quraqlıq kimi əlverişsiz hava şəraiti istehsalın artımına mane ola bilməyib.

Bundan əlavə, Çində taxıl əkilən ərazilər il ərzində 100 milyon hektardan çox olub, bu da dünya üzrə əkin sahələrinin 9 faizini təşkil edir. Lakin, yerli istehsal Çinin 1,4 milyard əhalisinin tələbatını ödəmədiyi üçün, ölkə xaricdən taxıl və ərzaq məhsulları idxal edir və bu idxal hər il artır. 2010-cu illə müqayisədə, 2020-ci ildə ərzaq məhsulları idxalı 4,6 dəfə artıb.

Seçilən
39
50
ikisahil.az

10Mənbələr