İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin Livanda atəşkəsi dəstəkləmək öhdəliyinə sadiq olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Ciorcia Meloni Romada səfərdə olan livanlı həmkarı Nəcib Mikati ilə görüş keçirib.
Ciorcia Meloni BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin oynadığı rolun vacibliyini qeyd edib, hərbçilərin təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini bildirib.
Görüşdə Suriyadakı vəziyyət də müzakirə olunub. İtaliyanın Baş naziri Suriya birliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasının, azlıqların müdafiəsinin təmin edilməsinin vacibliyini vurğulayıb.