Londonda baş vermiş silahlı insident nəticəsində təxminən 40 yaşlı qadın həlak olub, iki kişi yaralanıb...
“Report” xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında bildirilib.
Məlumata əsasən, hadisə şənbə günü axşam İngiltərə paytaxtının şimal-qərbində yerləşən Brent rayonunda baş verib.
Yaralılardan birinin vəziyyətinin kritik olduğu qeyd edilib.
Faktla bağlı araşdırma aparılır, cinayətkarın axtarışları davam edir.
Poliqon.info