AZ

Sonuncu Bizans imperatoru XI Konstantinin portreti aşkarlandı…- GÖZLƏNİLMƏZ- FOTOLAR

Yazını böyüt
Yazını kiçilt

Peloponnes yarımadasının şimalında yerləşən Köhnə Taksiarxlar monastırında arxeoloqlar sonuncu Bizans imperatoru XI Konstantin Paleoloqosun ömür boyu çəkilmiş olan yeganə şəklini aşkar ediblər. Portret 15-ci əsrin ortalarında yaradılmış freskanın ikinci qatında tapılıb.

Hafta.az “TSN”_ə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

Yunanıstanın mədəniyyət naziri Lina Mendoni qeyd edib ki, Ahayan antik əsərlər bürosunun işi son dərəcə vacibdir. Çünki bu, tarixi şəxsiyyətlərlə bağlı nadir arxeoloji tapıntıların aşkar edilməsinə imkan verir.

Freskanın müəllifi sonuncu Bizans imperatoru XI Konstantin Paleoloqu standart kanonlara görə deyil, onun üzünün real cizgilərindən də göründüyü kimi, şəxsi müşahidələrinə əsaslanaraq təsvir etmişdir. Şəkildə o, imperator libası və daş-qaşla bəzədilmiş tac geyinmiş, əlində xaç olan əsa tutan yetkin bir insan kimi göstərilir.

Freskada XI Konstantin Paleoloqun paltarı Palaiologos ailəsinin simvolu olan ikibaşlı qartalları təsvir edən medalyonlarla bəzədilib. Bu obrazı yaradan rəssamın XI Konstantinin imperator olmamışdan əvvəl qubernator vəzifəsini icra etdiyi Mistradan gəldiyi barədə fərziyyələr var.

Freskanın tapıldığı monastır əvvəllər imperator qardaşlarının himayəsində olub və bu, tarixi sənədlərlə də təsdiqlənir.

Seçilən
27
hafta.az

1Mənbələr