AZ

Tbilisidə yenidən müxalifətin etiraz aksiyası keçirilir

Tbilisidə yenidən müxalifətin etiraz aksiyası keçirilir.

APA-nın “Interpressnews”-a istinadən verdiyi xəbərə görə, Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayına gələn etirazçılarla görüşüb.

Mitinq iştirakçıları Salome Zurabişvilinin Gürcüstanın yeganə legitim hakimiyyət təmsilçisi olduğunu bəyan edib, ona "gördüyü işlərə görə təşəkkür" ediblər.

Prezident mətbuata açıqlama verməyib.

Xatırladaq ki, dünən Seçkilər Kollegiyası Mixail Kavelaşvilini Gürcüstanın altıncı prezidenti seçib. Salome Zurabişvili isə seçkinin nəticələrini tanımır.

Seçilən
24
49
apa.az

10Mənbələr