Misli Premyer Liqasının XVII turunun "Neftçi" - "Kəpəz" matçından (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.
“Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Bugünkü gündə bizə nəticə lazımdır. Bu stressli, təzyiqlə oyunu çıxardılar. Mübarizə apardılar. İşimizə davam edəcəyik. Bu nəticəyə ehtiyacımız var idi”.
- Ramil Şeydayeavi meydana buraxmaqla, öz əziyyətinizi yerə vurduğunuzu düşünürsüz7
- Oyuna Boqomolski başlamışdı. Rəqib müdafiəçiləri də nəzərə almışdıq. Seçim düzgün idi. Birinci hissədə rəqibin müdafiəçilərini təzyiqdə saxlaya bilirdi. Zədələndi və əvəzetmə istədi. Bunlar hamısı bizim oyunçulardır. Futbolçularla işləyirik, yaxşı kondisiyaya gətirmək istəyirik. Reallığı bilmək istəsəz... "Neftçi"də oynayan futbolçular bu təzyiqi də aşmalıdırlar. Əfsuslar olsun ki, psixoloji durumumuz pisdir və hər futbolçu üzərində yük hiss edir. Bunu qələbə ilə üzərimizdən ata bilərik. Maksimum nədirsə, futbolçuları meydana çıxaracağıq.
- Ciddi itkiləriniz var idi. Məcburiyyətdən buraxmışdız bu heyəti? Dəyişiklikdən sonrakı oyununuzu necə şərh edərdiz?
- Birinci gündən bura ayaq basandan zədələr çoxdur. Birinci məşqdən sonra üç nəfər zədələnir. Xroniki zədələr üzə çıxır. Birinci oyundan sonra 2-3 nəfər də sıradan çıxdı. Bu proseslər yaşanırdı. Bu da balanslı şəkildə oyuna hazırlaşmağa maneçilik törədir. İlk dəfədir ki, belə halla rastlaşıram. Belə şeylər ancaq mənim başıma gəlir. Bu gün altı nəfər zədələrimiz var idi. Çoxu da yerlilər idi. Paltardəyişmə otağından çıxanda, bir şeyə fokuslanıb çıxırıq. Oyunun gedişatında nələrsə dönür. Rəqib bəzi anlarda üstünlüyü ələ alır. Onda problemlər yaşamağa başlayırıq. İkinci hissədə rəqib uduza-uduza epizod yaratmağı normaldır. Görünən o idi ki, bütün futbolçular sanki birinci dəfə futbola gəlmiş kimi idilər. Qərarları deyirəm. Bunları da anlayıram. Söz vermək istəmirəm. Bir oyunumuz qalıb. Dincəlməyə vaxtımız olar. Yeni formatlaşnmış kimi nəyisə dəyişə bilərik.
Zirədə hesab açılmadı - YENİLƏNİB
Millimizin üzvü: “Bizi ağır oyun gözləyir”
Coşqun Diniyevin komandası liderliyə yüksəldi
"Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ
Rahil oynamadı, komandası qələbə qazandı