AZ

Rusiyalı politoloq Ermənistana buraxılmadı

Rusiyalı politoloq Andranik Miqranyanın Ermənistan ərazisinə girişinə qadağa qoyulub.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı "Telegram" kanalında məlumat yayıb.

“Valideynlərinin məzarını ziyarət etmək üçün Ermənistana uçan Andranik Miqranyana Yerevan Zvartnots hava limanında ona Ermənistana girişinin qadağan olunduğu bildirilib”, - məlumatda deyilir.

Məlumatda qadağanın səbəbləri göstərilmir.


Müəllif: Arzu
Seçilən
17
teleqraf.com

1Mənbələr