AZ

Əsəd Rusiyaya təyyarələrlə bu qədər pul göndəribmiş: Məxfi sənədlər açıqlandı

Suriya Mərkəzi Bankı Bəşər Əsədin rəhbərliyi dövründə Moskvaya bir neçə təyyarə ilə milyonlarla dollar və avro nağd pul göndərib.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) nəşri məxfi sənədlərə istinadən yazıb.

Həmin vaxt Suriyada ciddi valyuta qıtlığının olduğu iddia edilir. Bu məlumatı təsdiqləyən mənbənin sözlərinə görə, 2018-2019-cu illərdə ehtiyatlar “demək olar ki, sıfır” olub.

Buna baxmayaraq, Əsəd hökuməti Moskvaya 100 dollar və 500 avro nominalında iki ton əskinas göndərib. Ümumilikdə bu pul 250 milyon dollara bərabər olub.

phrase_var_article.chosen
30
19
publika.az

10phrase_var_article.sources