"Hərbi xidmətlə bağlı Milli Məclisdə müzakirə edilən dəyişikliklər - yaş həddinin 35-dən 30-a endirilməsi, hərbi xidmət müddətinin 1,5 ildən 1 ilə endirilməsi və digər dəyişiklər qəbul edilərsə, bundan kimsə uduzmaz: dövlət də udar, vətəndaş da. Əksinə, kəmiyyət göstəriciləri üzrə olan dəyişiklik dövlətə imkan verəcək ki, bunu keyfiyyət göstəricilərinin daha da yüksəltməsinə çevirsin".
"Ölkə vətəndaşlarına gəlincə isə, bu az qala hər bir ailəyə müxtəlif istiqamətlərdə müsbət təsirini göstərəcəkdir. Odur ki, həm dövlət üçün, həm də vətəndaşlar üçün bu dəyişiklikləri önəmli hesab edir və birmənalı olaraq dəstəkləyirəm".
News365.az