Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin "Kiberpolis Bülleteni" kanalında məlumat verilib.
Nazirliyin açıqlamasına görə, dələduzlar özlərini Wildberries şirkəti ilə əlaqələndirərək sahibkarlar üçün guya rəsmi Telegram kanalı və sayt yaratdıqlarını iddia edirlər. Bunun üçün wildberriesworld.xyz domeni istifadə olunur. Bu saxta kanala abunə olmaq üçün Telegram hesabı ilə giriş tələb olunmur. Ancaq fırıldaqçılar daha hiyləgər plan qurublar.
"Fırıldaqçılar potensial tədarükçüləri aldatmağa çalışır və onların telefon nömrələrini daxil etməyə razı salaraq hesablarına çıxışı ələ keçirmək istəyirlər," - deyə məlumatda qeyd olunur.
İnternet istifadəçilərinə bu cür təkliflərdən ehtiyatlı olmaq və şübhəli linklərə keçid etməmək tövsiyə olunur.