AZ

Bəşər Əsəd devrilməzdən əvvəl Rusiyaya 21 təyyarə nağd pul göndərib - “Financial Times” məxfi sənədləri açıqladı

 Suriyanın mərkəzi bankı devrilmiş prezident Bəşər Əsədin hakimiyyətdə olduğu 2018-2019-cu illərdə Moskvaya bir neçə təyyarə ilə milyonlarla dollar nağd pul göndərib.

Missiya.Az xəbər verir ki, bu məlumatı “Financial Times” (FT) məxfi sənədlərə istinadən paylaşıb. 

Araşdırmalara görə, həmin dövrdə respublikada xeyli xarici valyuta kəsiri olub. O zaman daxili ehtiyatlar “demək olar ki, sıfır” idi. Bunun fonunda Əsəd Moskvaya 100 dollar və 500 avro nominalında iki ton əskinas göndərib. Məlumata görə, Bəşər Əsəd bu vaxta qədər Rusiyaya içərisi nağd pulla dolu 21 təyyarə göndərib. 

Britaniya qəzeti yazır ki, ixrac edilən vəsaitlər daha sonra Rusiya banklarında yerləşdirilib. Eyni zamanda o da açıqlanıb ki, Əsəd ailəsi gizli şəkildə Rusiyada aktivlər, o cümlədən Moskvada dəbdəbəli daşınmaz əmlak əldə edib. Vəsaitlər üçün beynəlxalq axtarış başlayıb, lakin onları tapmaq və dondurmaq problemli olacaq. Rusiyada əldə olunmuş aktivlər əsasən Əsədin həyat yoldaşı Əsma Axrasın, anası Anisa Maxloufun və Əsədin əmisi Rifata aid edilir. 

ElcanMissiya.Az

Seçilən
21
19
missiya.az

10Mənbələr