AZ

Növbəti il Azərbaycan nefti bu qiymətə ixrac edəcək

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70 dollar olacaq. 2026-2028-ci illərdə bu rəqəm 65 dollar proqnozlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti baza ssenaridə 2025-ci il üzrə 242 dollar, 2026-2028-ci illər üzrə isə 236 dollar götürülüb. Proqnozlara əsasən 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi gözlənilir.

2025-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürülüb. Neft-qaz sektorunun büdcə gəlirlərində payı isə 46,6% təşkil edir.


Müəllif: Teleqraf.com
Seçilən
19
1
teleqraf.com

2Mənbələr