AZ

Xumar ilk dəfə böyük bacısı ilə efirə çıxdı

Əməkdar artist Xumar Qədimova ilk dəfə efirə böyük bacısı Elmira xanımla birlikdə çıxıb. 

OLAY yazır ki, bacılar “Zaurla Günaydın” verilişində qonaq olublar.

Elmira xanım bacısı Xumarla bağlı bu fikirləri səsləndirib:

“Xumarı mən saxlamışam. Onun doğulduğu gündən danışa bilərəm. İndiki gün kimi xatırlayıram. Belə şeylər danışanda anam deyirdi ki, elə bil mənimlə yaşıdsan”.

Xumar isə bacısının bu sözlərinə “O, hər şeydir: dəryadır, savaddır, dünyadır. Bizdə ailədə hamı savadlıdır. Biz sonradan görənlərdən deyilik. Təhsili də, musiqini də, əvvəldən görmüşük” cavabını verib.

Seçilən
51
3
olay.az

10Mənbələr