AZ

Trampa 15 milyon dollar təzminat ödəniləcək

ABŞ-ın aparıcı milli kanallarından biri olan ABC News ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampa qarşı böhtan işində 15 milyon dollar təzminat ödəyəcək.

Turkustan.az xəbər verir ki, "ABC News" ilə Trampın hüquq qrupu arasında əldə olunan razılaşma ictimaiyyətə açıqlanıb.

Müvafiq olaraq, ABC News və aparıcı Corc Stefanopulos "iddiaçı tərəfindən və ya onun adından qurulan prezident fonduna və ya muzeyinə" 15 milyon dollar xeyriyyə ianəsini ödəməyə və Donald Trampa qarşı böhtan iddiasında ictimai üzr istəməyə razılaşıb.

Televiziya şirkəti həmçinin iddiaçıya 1 milyon dollar vəkil haqqı ödəyəcək.

Sosial media hesabında razılaşma ilə bağlı paylaşım edən Tramp: "bu razılaşma mənim üçün mühüm hüquqi zəfərdir"- deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
33
turkustan.az

1Mənbələr