ABŞ-nin Nyu Meksiko ştatında yaşayan 16 yaşlı yeniyetmə ailəsinin 4 üzvünü öldürdüyü iddiası ilə qətl ittihamı ilə üz-üzədir.
Nyu Meksiko ştatının polisi bildirib ki, şübhəli Dieqo Leyva sərxoş vəziyyətdə səlahiyyətlilərə təslim olub.
"Cebheinfo.az" xəbər verir ki, Leyva gecə saatlarında səlahiyyətlilərə zəng edərək ailəsini öldürdüyünü deyib. Polis hadisə yerinə gələndə Leyva əllərini havaya qaldırıb və "son dərəcə sərxoş vəziyyətdə" evdən çıxıb.
Evə baxış zamanı mətbəx masasının üzərindən tapança və 4 ailə üzvünün meyiti tapılıb.
Nyu Meksiko əyalət polisi Leyvanın dörd qətl ittihamı ilə tutulduğunu və yetkinlik yaşına çatmış kimi mühakimə olunmaq üçün həbsxanaya göndərildiyini açıqladı. Leyvanın saxlandığı müddətdə spirtli içkidən təmizlənmək üçün xəstəxanaya aparıldığı, bu arada hadisə ilə bağlı daha çox məlumat toplanmağa çalışıldığı bildirilib.
Hadisədən sonra sakinlər şoka düşüblər. Leyvanın keçmiş müəllimlərindən biri olan Vanessa Laqranc şagirdinin belə bir cinayət törədə biləcəyinə inana bilmədiyini deyib.
"Mən heç vaxt belə bir şeyin ola biləcəyini düşünməmişdim. Dieqonun buna cəhd edəcəyinə inanmaq çətindir" deyib.
Leyvanın şagird olduğu deyilən məktəbdə yerli əhali ilə yanaşı, yas ab-havası da hökm sürür. Şagirdlərin itirdikləri dostlarını qara geyinərək, şarlardan istifadə edərək anmağı planlaşdırdıqları öyrənilib.
Hadisədə həyatını itirənlərin kimliyi hələlik açıqlanmayıb. Lakin Valensiya Yanğınsöndürmə İdarəsinin rəisi Matt Propp bildirib ki, qurbanlardan birinin könüllü yanğınsöndürən olduğuna dair güclü sübutlar var.