AZ

Gömrük rüsumları ilə bağlı dəyişiklik də III oxunuşdan keçdi

Gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edilib ki, gömrük rüsumları üzrə güzəşt və azadolmaların qiymətləndirilməsinin aparılması məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdirilməsinə zərurət yaranıb.

Qanun layihəsinin tətbiqi ölkəmizin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılmasına, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılmasına öz töhfəsini verəcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Seçilən
16
16
operativmm.az

10Mənbələr