AZ

ABŞ-da ailəsinin dörd üzvünü qətlə yetirən yeniyetmə həbs edilib

Bakı, 16 dekabr, AZƏRTAC

ABŞ-ın Nyu Meksiko ştatında ailəsinin dörd üzvünü qətlə yetirən yeniyetmə oğlan həbs edilib.

AZƏRTAC “ABC news” telekanalına istinadla xəbər verir ki, 16 yaşlı Dieqo Leyva polisə zəng edərək ailəsinin üzvlərini öldürdüyünü söyləyib.

Tibbi ekspertiza ofisi ölənlərin şəxsiyyətini müəyyənləşdirməyə çalışdığını, onların 14-42 yaşlarında olduqlarını bildirilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Seçilən
10
1
azertag.az

2Mənbələr