AZ

Avropa İttifaqı Dəməşqə böyük heyət göndərir - Açıqlama

Avropa İttifaqı (Aİ) bu gün Dəməşqə yüksək səviyyəli diplomatik nümayəndə heyəti göndərəcək

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaja Kallas açıqlayıb.

O bildirib ki, nümayəndə heyəti Suriyadakı yeni administrasiya ilə qurulacaq əlaqələri müzakirə edəcək: "Mən onlardan Dəməşqə getmələrini və yeni hökumət və oradakı insanlarla görüşlər keçirmələrini xahiş etdim".

Kallas 14 dekabrda İordaniyada Türkiyə, ABŞ, Aİ, BMT-nində daxil olduğu 7 ölkənin XİN başçılarının görüşü barədə suala cavab verib: “Məncə, regional və beynəlxalq aktyorların mənzərəni eyni şəkildə görməsi və bu ölkənin sabit və sülhsevər yolla irəliləməsi çox vacibdir. Hesab edirəm ki, biz də  Suriyanın yeni rəhbərliyi ilə hansı səviyyədə qarşılıqlı fəaliyyət göstərəcəyimizi aydınlaşdıracağıq".

Zülfiyyə Mustafayeva

MİA.AZ
 

phrase_var_article.chosen
19
mia.az

1phrase_var_article.sources