AZ

Zelenskidən fərqli olaraq Putin Orbanın təklifini dəstəkləyib

Vladimir Zelenski Macarıstan baş nazirinin ideyalarını dəstəkləməyib, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.

Turkustan.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, Budapeştin Ukraynada əsirlərin mübadiləsi və Milad atəşkəsi ilə bağlı təklifləri ətrafında vəziyyət yarandı, burada onları Kiyev deyil, Moskva dəstəklədi.

"Putin Viktor Orbanla danışıb, o, Macarıstanın baş nazirinin sülh səylərini dəstəkləyib, lakin bu səylər Ukrayna tərəfi, yəni Zelenski tərəfindən dəstəklənməyib”, -deyəKremlin sözçüsü bildirib.

Orbanın təkliflərinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası tərəfindən dəstəkləndiyi barədə nəşrləri şərh edən Peskov qeyd edib ki, ABŞ-a hələ də başqa prezident rəhbərlik edir. “Trampın komandası indi Ağ Evə rəhbərlik etmir, Baydenin komandası hələ 20 yanvara qədər Ağ Evdədir”.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr