AZ

Avropa İttifaqı Suriyanın yeni hakimiyyəti ilə diplomatik əlaqələr qurur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı Suriyanın yeni hakimiyyəti ilə diplomatik əlaqələr qurur.
Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, yeni hakimiyyətlə əlaqələr qurmaq üçün Avropa diplomatlarına Dəməşqə səfər etməyi tapşırdığını deyib.
"Mən Avropanın Suriyadakı yüksəksəviyyəli diplomatlarına yeni hökumət və yerli əhali ilə əlaqələr qurmaq üçün Dəməşqə səfər etmələrini tapşırmışam", - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.
Kallas əlavə edib ki, Aİ ölkələrinin XİN başçılarının görüşündə, həmçinin, Avropanın Suriyanın yeni hökuməti ilə necə qarşılıqlı əlaqədə olacağı məsələsi müzakirə ediləcək.
Seçilən
7
50
oxu.az

10Mənbələr