AZ

Nazir: Gələn ildən diaqnostik qiymətləndirmədə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetirəcəyik

"2025-ci ildən başlayaraq diaqnostik qiymətləndirmədə fənn bilikləri ilə yanaşı metodik bacarıqlara da diqqət yetirəcəyik".

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Biz diaqnostik qiymətləndirmədə müəllimin fənn biliklərini dəyərləndiririk. Düşünürük ki, fənn bilikləri aşağı olan müəllimin metodik bacarıqları yüksək ola bilməz. Amma müəllimlik tək fənn bilikləri yox, həm də metodik bacarıqlar deməkdir. Metod kabinetlərin ardıcıl və mərhələli islahatları aparılacaq", - nazir qeyd edib.

phrase_var_article.chosen
38
9
apa.az

10phrase_var_article.sources